görməyə gözüm yoxdur səni (sizi, onu, onları)

I wish I never set eyes on you (him, her, etc.)! / it makes me sick to see you (him, her, etc.)! / I hate the sight of you (him, her, etc.)! глаза бы мои (его, её и т.п.) не видели (не глядели)
Görəsi günümüz varmış.
görsən, yıxılarsan
OBASTAN VİKİ
Səni deyirlər
"Səni deyirlər" (az-əbcəd. سني ديرلر مني ديرلر‎) — İnternetdə bir neçə gün ərzində mem olmuş, Azərbaycan dillində ifa edilən Cənubi Azərbaycan mahnısı. Müğənni Əlirza Şərifzadənin yeni təqdim etdiyi "Səni deyirlər" mahnısı İranda yaşayan cənubi azərbaycanlıların böyük marağına səbəb olmuşdur. Mahnıda Cənubi Azərbaycan vilayətinin paytaxtı Urmiya şəhəri və Urmiya gölü vəsf edilir. Onlar bu mahnının sədaları altında küçədə, avtomobil yolunda rəqs edirlər. Gənclər daha sonra lentə alınan görüntüləri sosial şəbəkələrdə paylaşıblar. Bu mahnı "Facebook", "YouTube" və "İnstaqram"da qısa müddətdə populyarlaşıb və böyük marağa səbəb olub. Bəzi istifadəçilər bu həştəqdən istifadə edərək rəsmilərə qarşı etirazlarını da bildirirlər. Güneyli gənclərin bu fleşmobu Urmiya gölünün qurudulması və İran rejiminin sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına etiraz kimi meydana çıxıb. Tı kto takoy?
Səni axtarıram
"Səni axtarıram" — 2011-ci ildən Azərbaycanın Azad Azərbaycan TV, ANS TV, Xəzər TV və ARB kanallarında yayımlanan tok-şou. Verilişin aparıcısı Xoşqədəm Hidayətqızıdır. == Tarixi == Veriliş 2010-cu ildə "Azad Azərbaycan TV kanalında efirə çıxan "Sən tək deyilsən" verilişində yayımlanan "Səni Axtarıram" adlı rubrika vasitəsilə doğmalarını itirən insanların axtarışına başladı. Çoxsaylı müraciətlərin və tamaşaçıların etimadı sayəsində "Səni Axtarıram" 2011-ci il aprelin 5-dən etibarən Xoşqədəm Hidayətqızının müəllifliyi ilə rubrika kimi deyil, 2 saatlıq veriliş olaraq efirdə yayımlandı. 26 aprel 2015-ci il tarixindən veriliş "Xoşqədəmlə axtarıram səni" adı altında ANS TV-də həftənin bazar günü, saat 22:00-da yayımlanırdı. Veriliş 2016-cı il sentyabrın 25-dən 2021-ci il iyulun 30-dək "Səni axtarıram Xoşqədəmlə" adı altında Xəzər TV-də yayımlanıb. 2021-ci il noyabrın 22-dən etibarən həftəiçi 5 gün ARB-də "Səni axtarıram" verilişi yayımlanır. == Tənqid == 2013-cü ildə veriliş çəkiliş zamanı real faktlar yox, quraşdırılmış səhnələrdən istifadə etdiyi üçün Azərbaycan cəmiyyəti tərəfindən tənqid olunub.
Onu bağışlamaq olarmı
Onu bağışlamaq olarmı?
Burada cinayət axtarışı əməkdaşlarının və ictimai asayişin keşiyində duran milis işçilərinin mürəkkəb və çətin işlərindən danışılır. Süjetin əsasını qatı cinayətkarın təsiri altına düşmüş gənc Tərlanın (Qriqori Tonuns) dramatik taleyi təşkil edir. Film aktrisa Əminə Yusifqızının səsləndirdiyi ilk filmdir. Film aktyor Muxtar Maniyevin kinoda ilk işidir. Filmdə aktyor Mehdi Məmmədovun ilk və son işidir. Filmdə rejissor Rza Təhmasibin son işidir. Film Məmmədhüseyn Təhmasibin "Bahar" pyesi əsasında ekranlaşdırılmışdır. Filmdə hadisələr yay aylarında cərəyan etsə də, çəkilişlər qışda həyata keçirilmişdir. Ssenari müəllifi: Məmmədhüseyn Təhmasib Quruluşçu rejissor: Rza Təhmasib Quruluşçu operator: Teyyub Axundov Quruluşçu rəssam: Nadir Zeynalov Bəstəkar: Tofiq Quliyev Rejissor: A.Şuşkin Səs operatoru: Sabir İsgəndərov Geyim rəssamı: Cəbrayıl Əzimov Montaj edən: V.Mironova Rejissor assistenti: L.Berladir, R.Sarabski Məsləhətçi: M.Əliyev (milis polkovniki) Filmin direktoru: Bəşir Quliyev Çalır: Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor: Tofiq Quliyev Mahnı ifa edən: Şövkət Ələkbərova, Mirzə Babayev, Firəngiz Əhmədova Mehdi Məmmədov — mayor Qaya Mürşüdov Manana Abuyeva — Sevda İsmayıl Talıblı — Veysəl Mirzə Qurgen Tonunts — Tərlan Hökümə Qurbanova — Kəmalə xanım Veriko Ancaparidze — ana Məmmədrza Şeyxzamanov — polkovnik Qurbanov Həsənağa Salayev — kapitan Qüdrət Müxlis Cənizadə — baş leytenant İbrahimov Bürcəli Əsgərov — leytenant Rəsulov Ətayə Əliyeva — Sara xala Məleykə Ağazadə — Qumru Əli Xəlilov — Şahmar Muxtar Maniyev — milis serjantı L.Əliyeva Çingiz Sadıqov — pianoçu (titrlərdə yoxdur) Süleyman Ələsgərov (aktyor) - məhəllə sakini (titrlərdə yoxdur) Tariyel Qasımov - tibb işçisi (titrlərdə yoxdur) Bikəxanım Rzazadə - tibb işçisi (titrlərdə yoxdur) Vera Şirye - Konduktor (titrlərdə yoxdur) Mixail Lezgişvili - milis işçisi (titrlərdə yoxdur) Natiq Səfiyev (titrlərdə yoxdur) Əminə Yusifqızı — Sevda (Manana Abuyeva) (titrlərdə yoxdur) Həsənağa Salayev — Tərlan (Qurgen Tonuns) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Qüdrət (Həsənağa Salayev) (titrlərdə yoxdur) Bahadur Əliyev — Rəsulov (Bürcəli Əsgərov) (titrlərdə yoxdur) Məxfurə Yermakova - Ana (Veriko Ancaparidze)(titrlərdə yoxdur) Sofya Bəsirzadə - Qumru (Məleykə Ağazadə);radiodakı aparıcının səsi (titrlərdə yoxdur) İsmayıl Əfəndiyev - radiodan gələn səs (titrlərdə yoxdur) Kamil Qubuşov - Şahmar (Əli Xəlilov)(titrlərdə yoxdur) Hökümə Qasımova - Konduktor (Vera Şirye)(titrlərdə yoxdur) Əli Qurbanov - Veysəl Mirzə (İsmayıl Talıblı) (titrlərdə yoxdur) Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл.
Sizi dünyalar qədər sevirdim
Sizi dünyalar qədər sevirdim — filmi rejissor Rasim İsmayılov tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. Filmin çəkilişlərində Belarus və Zaqafqaziya hərbi dairələrinin qoşunları iştirak etmişlər. Film Azərbaycan xalqının rəşadətli oğlu, igid sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun həyat və döyüş bioqrafiyasının səhifələrini canlandırır. Film tarixi, döyüş, bioqrafik, müharibə janrındadır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Ramiz Novruzov, Viktor Tarasov, Aleksandr Denisov, Şahmar Ələkbərov ifa edirlər. == Məzmun == Burada hadisələr I Pribaltika cəbhəsində axırıncı döyüş zamanı həlak olmuş Həzi Aslanovun ömrünün son günlərində cərəyan edir...
Səni düşündükcə (mahnı)
Təkcə səni (mahnı)
Səni axtarıram (film)
== Məzmun == Film-tamaşada Elçinlə (Yaşar Nuri) Gülnar (Firəngiz Mütəllimova) ilk dəfə tanış olurlar. Əvvəlcə sözləri düz gəlməsə də, sonralar bu çəkişmə məhəbbətə çevrilir. Lakin atasının sözündən çıxa bilməyən Gülnar məhəbbətini atasına qurban verməli olur.
Polkovnikə məktub yoxdur
Polkovnikə məktub yoxdur (isp. El coronel no tiene quien le escriba) — kolumbiyalı yazıçı, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin 1956-1957-ci illərdə yazılmış və ilk dəfə 1961-ci ildə dərc edilmiş novellası (povesti). Novellada hadisələr 1956-cı ildə kiçik Kolumbiya şəhərciyində baş verir. Baş qəhrəman Min Günlük müharibənin veteranı olan 75 yaşlı polkovnikdir. O arvadı ilə şəhərciyin kənarında yaşayır və oğlu Aqustin öldürüləndən sonra onlar yoxsulluqdan əziyyət çəkirlər. Polkovnik müharibə veteranı kimi ona təyin edilməli olan pensiya barəsində uzun illərdir ki, paytaxtdan məktub gözləyir. Lakin ona heç kim yazmır. Qoca bütün ümidlərini döyüş xoruzuna bağlayır. Yanvar ayında xoruz döyüşləri başlamalıdır. Polkovnik və onun arvadı yeməyə bir şey tapmasalar da, o , öz xoruzunu yaxşı yemləyir və xoruzu satmaq təkliflərini rədd edir.
Ölməyə vaxt yoxdur
Ölməyə vaxt yoxdur (ing. No Time to Die) — Kori Coci Fukunaqanın rejissorluğu ilə 2021-ci ildə çəkilmiş cəsus filmi. Ceyms Bond film seriyasının iyirmi beşinci filmidir. Bu Deniel Kreyqin baş rolda oynadığı sonuncu Ceyms Bond filmidir. Filmdə Ceyms Bond MI6-dakı işindən təqaüdə çıxır. Lakin sonra CIA girov götürülmüş bir alimin xilas edilməsi üçün ondan kömək istəyir. Bu missiya Bondu qisas almaq istəyən təhlükəli düşmənlə qarşıdurmaya aparır. Bu düşmənin milyonlarla insanın ölümünə səbəb ola biləcək güclü silahı var. Bond bu təhlükəni dayandırmaq və dünyanı xilas etmək üçün bacarıqlarından istifadə etməlidir. 007.com/no-time-to-die/ — Ölməyə vaxt yoxdur rəsmi saytı 007.com/the-films/no-time-to-die/ — No Time to Die rəsmi saytı at James Bond official website mgmstudios.com/007-no-time-to-die/ — No Time to Die rəsmi saytı at Metro-Goldwyn-Mayer official website mgm.com/movies/no-time-to-die — No Time to Die rəsmi saytı at MGM official website Ölməyə vaxt yoxdur — Internet Movie Database saytında.
Onu Bağışlamaq Olarmı? (1959)
Onu Yunan Teatrına apar
Onu Yunan Teatrına apar (ing. Get Him to the Greek) — Nikolas Stollerin rejissorluğu ilə 2010-cu ildə çəkilmiş amerikan komediya filmi. Bu Stollerin 2008-ci ildə ekranlara çıxan "Sara Marşallı unutmaq" filminin spin-offudur. Stoller əvvəlki filmdə olduğu kimi bu filmdə də Cadd Apatou ilə birlikdə işləmişdir. Filmin baş rollarında Rassel Brend və Cona Hill çıxış edir. Film Los-Ancelesdə yerləşən Yunan Teatrında baş tutacaq konsertə məşhur rok ulduzu Aldous Snow-u gətirmək tapşırığı alan musiqi şirkəti işçisi Aaron Qrindən bəhs edir. Filmdə onlar səyahət zamanı yol boyu müxtəlif maneələr və gülməli bədbəxt hadisələrlə qarşılaşırlar. Onu Yunan Teatrına apar — Internet Movie Database saytında.
Səni axtarıram (film, 1981)
Film-tamaşada Elçinlə (Yaşar Nuri) Gülnar (Firəngiz Mütəllimova) ilk dəfə tanış olurlar. Əvvəlcə sözləri düz gəlməsə də, sonralar bu çəkişmə məhəbbətə çevrilir. Lakin atasının sözündən çıxa bilməyən Gülnar məhəbbətini atasına qurban verməli olur.
Səni axtarıram (veriliş, 2011)
Səni axtarırıq... (film, 2013)
Filmdə Azərbaycan Televiziyasının tanınmış rejissoru Tariyel Vəliyevin həyat və yaradıcılığından söhbət açılır. Film əməkdar incəsənət xadimi Tariyel Vəliyevin xatirəsinə həsr olunmuşdur. Filmin ilk səhnələrində Tariyel Vəliyevin keçmiş kursunun tələbələri görünür. Filmdə "Sən həmişə mənimləsən", "Səni axtarıram"", "Duel", ""Gənclik macərası", "Pəncərədə işıq", "Yaşıl eynəkli adam-1" film və televiziya tamaşalarının kadrlarından istifadə edilmişdir.
Səni gözləyirəm (film, 1999)
Rəfael Dadaşov
Səni yenidən görmək (kitab)
Səni yenidən görmək - fransız yazıçısı Mark Levi tərəfindən yazılmış kitab. Ürəyiniz geridə qalsa, mütləq qayıdacaqsınız... Mark Levinin milyonlarla satılan “Kaş ki doğru olsaydı” romanının davamı olan “Səni yenidən görmək” birincisi qədər sürprizlərlə dolu bir nağıldır. Uğurlu memar Artur və idealist həkim Lauren arasındakı sevgi qaldığı yerdən davam edir; Onların fantaziya ilə reallıq arasında fırlanan həyatları yenidən San-Fransiskoda kəsişir. Gücünü itirməyən sevgiləri növbəti dəfə gözlənilməz maneələrlə qarşılaşır. "Həyat sizə ikinci bir şans versəydi, ondan maksimum istifadə etmək üçün risk edərdinizmi?" Marc Levy bu suala cavab axtararkən xəyallarını itirmiş çağımızın insanlara sevginin vəsfini təqdim edir.
Səni əvəz eləmir (albom)
Səni əvəz eləmir – Azərbaycan Respublikasının xalq artisti, müğənni Faiq Ağayevin ikinci studiya albomu. Tərkibində 14 mahnı olan alboma Eldar Mansurov, Gülər Həsənova, İlham Abdullayev kimi bəstələri daxildir. Aranjimanların müəllifi Yaşar Baxış və Pavel Bulakdır. Albom 21 mart, 1996-cı il tarixində işıq üzü görmüşdür.
Yoldaş, səni kim apardı?
Yoldaş, səni kim apardı? — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Əvvəlcə dəstəbaşı (usta, başçı, molla və ya hakim) seçilir. Dəstəbaşı (usta, başçı, molla və ya hakim) iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar iki dəstəyə bölünürlər. Dəstələr sıra ilə ard-arda düzülürlər. Geridə düzülmüş dəstədən bir uşaq gəlir, onlardan birinin arxasından irəli itələyib aparır. Aparılan uşaq geri baxmamalı, ancaq himlə onu aparan uşağı tanımalıdır. Yoldaşlarından biri aparılan uşağa bərkdən deyir: - Yoldaş, səni kim apardı? Uşaq aparanı tapa bilsə, onu da götürüb öz yoldaşlarının içinə qayıdır, dəstədə bir nəfər artır.
Sevdi Can Səni (albom)
Sevdi Can Səni – Azərbaycan müğənnisi Tünzalə Ağayevanın debüt albomu.
Paris, mən səni sevirəm
Paris, mən səni sevirəm — 2006-cı ildə istehsal olunmuş Fransız filmidir. Film 22 rejissor tərəfindən çəkilmiş və 18 epizoddan ibarətdir. Paris, mən səni sevirəm — Internet Movie Database saytında.
Polkovnikə məktub yoxdur (povest)
Polkovnikə məktub yoxdur (isp. El coronel no tiene quien le escriba) — kolumbiyalı yazıçı, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin 1956-1957-ci illərdə yazılmış və ilk dəfə 1961-ci ildə dərc edilmiş novellası (povesti). Novellada hadisələr 1956-cı ildə kiçik Kolumbiya şəhərciyində baş verir. Baş qəhrəman Min Günlük müharibənin veteranı olan 75 yaşlı polkovnikdir. O arvadı ilə şəhərciyin kənarında yaşayır və oğlu Aqustin öldürüləndən sonra onlar yoxsulluqdan əziyyət çəkirlər. Polkovnik müharibə veteranı kimi ona təyin edilməli olan pensiya barəsində uzun illərdir ki, paytaxtdan məktub gözləyir. Lakin ona heç kim yazmır. Qoca bütün ümidlərini döyüş xoruzuna bağlayır. Yanvar ayında xoruz döyüşləri başlamalıdır. Polkovnik və onun arvadı yeməyə bir şey tapmasalar da, o , öz xoruzunu yaxşı yemləyir və xoruzu satmaq təkliflərini rədd edir.
Qanunsuz cəza yoxdur (hüquq)
Nulla poena sine lege (lat. Qanunsuz cəza yoxdur) — heç kəsin qanunla qadağan edilməyən hərəkətə görə cəzalandırıla bilməməsini nəzərdə tutan hüququn prinsipi. Bu prinsip müasir demokratik dövlətlərdə hüququn aliliyinin başlıca tələbi kimi qəbul edilmiş və qanunvericilikdə təsbit olunmuşdur. Müvafiq prinsip "dünya fikir tarixində ən çox qəbul edilən dəyərlər"dən biri kimi təsvir edilmişdir. Müasir Avropa cinayət hüququnda, məsələn, Almaniya Konstitusiya Məhkəməsi tərəfindən nulla poena sine lege prinsipinin dörd ayrı tələbdən ibarət olduğu təsbit edilmişdir: Nulla poena sine praevia lege poenali Əvvəlki qanun olmadan cəza verilə bilməz. Bu tələb geriyə şamil edilən qanunları və cinayət qanununun retroaktiv tətbiqini qadağan edir. Bu, kontinental Avropada mövcud hüquq düşüncəsindəki əsas maksimdir. 1813-cü ildə Paul İohann Anselm Ritter fon Feyerbax tərəfindən Bavariya Cinayət Məcəlləsinə daxil edilmişdir. Nulla poena sine lege scripta Yazılı qanun olmadan cəza verilə bilməz. Bu tələbə görə cinayəti qadağan edən normalar hüquqi sənədlərdə, xüsusilə də konstitusiya hüququna uyğun qəbul edilmiş qanunlarda təsbit olunmalıdır.
Qocalara burada yer yoxdur
Burada qocalara yer yoxdur (ing. No Country for Old Men) — Coel və İtan Koenin Makkarti Kormakın eyniadlı romanı əsasında çəkdikləri triller filmi. 2008-ci ildə "Oskar"a olan 8 nominasiyasından film Kinoakademiyanın 4 mükafatına layiq görülüb: ən yaxşı filmə görə, ən yaxşı ikinci plan kişi roluna görə, ən yaxşı rejissor işinə görə və ən yaxşı orijinal ssenariyə görə. Filmdə hadisələr 1980-ci illərdə iyunda Texasda cərəyan edir. Vyetnam müharibəsi veteranı Levelin Moss üçün adi ov gözlənilməz tapıntı ilə nəticələnir: o mafiya çaxnaşmasının yerini tapır. Meyitlər, güllə ilə deşilmiş maşınlar və narkotik paketləri arasında o ağzınacan pul ilə dolu keys tapır. Çox fikirləşmədən Levelin keysi özünə götürür. Eyni zamanda filmdə insanları inanılmaz dərəcədə asanlıqla öldürən balonlu insan barədə bəhs olunur. Çox keçmədən balonlu manyak — Anton Çiqur — iki centlmendən keysi tapmaq tapşırığını alır. Onu skanerlə təmin edib, keysdə radiomayak olduğunu deyirlər.
Burada qocalara yer yoxdur
Burada qocalara yer yoxdur (ing. No Country for Old Men) — Coel və İtan Koenin Makkarti Kormakın eyniadlı romanı əsasında çəkdikləri triller filmi. 2008-ci ildə "Oskar"a olan 8 nominasiyasından film Kinoakademiyanın 4 mükafatına layiq görülüb: ən yaxşı filmə görə, ən yaxşı ikinci plan kişi roluna görə, ən yaxşı rejissor işinə görə və ən yaxşı orijinal ssenariyə görə. == Məzmun == Filmdə hadisələr 1980-ci illərdə iyunda Texasda cərəyan edir. Vyetnam müharibəsi veteranı Levelin Moss üçün adi ov gözlənilməz tapıntı ilə nəticələnir: o mafiya çaxnaşmasının yerini tapır. Meyitlər, güllə ilə deşilmiş maşınlar və narkotik paketləri arasında o ağzınacan pul ilə dolu keys tapır. Çox fikirləşmədən Levelin keysi özünə götürür. Eyni zamanda filmdə insanları inanılmaz dərəcədə asanlıqla öldürən balonlu insan barədə bəhs olunur. Çox keçmədən balonlu manyak — Anton Çiqur — iki centlmendən keysi tapmaq tapşırığını alır. Onu skanerlə təmin edib, keysdə radiomayak olduğunu deyirlər.